Ana səhifə
22 Aprel 2018

Ərdoğan: "Kimin cəsarəti varsa, buyursun"

Ərdoğan Trampa çağırış edib Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Suriyanın Menbic bölgəsinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənəcəyini bəyan edib.   APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan PYD/YPG terrorçularının və ABŞ əsgərlərinin Menbicdən çıxmayacağı barədə ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin bəyanatına sərt reaksiya verib.   Türkiyə prezidenti bildirib ki, ABŞ əsgərlərinin ümumiyyətlə, Menbicə olmağa haqqı yoxdur: ABŞ-ın əsgərlərinin Menbicdən çıxmayacağını bəyan edirlər. ABŞ-ın Menbicdən çıxmağı bir kənara, ABŞ-ın ümumiyyətlə, orada olmağa haqqı yoxdur? 11-12 min kilometrdən bura niyə gəlirsən? Bu torpaqlar sənindir? Bu torpaqlarla nə əlaqən var? ABŞ o torpaqlara PYD/YPG terrorçularını yerləşdirib, oradan ərəbləri qovdu. Türkiyə Menbic başda olmaqla, sərhədində terror təhdidi aradan qaldırılana qədər dayanmayacaq. Biz bu yola baş qoyduq. Kimin cəsarəti varsa, buyursun, meydana çıxsın. Mən artıq ABŞ prezidenti Donald Trampdan həddini aşan bu bəyanatların qarşısını kəsməsini gözləyirəm. Medianın kölgəsində verilən bəyanatlarla biz bu işi apara bilmərik".   Türkiyə prezidenti son dövrlər PKK terrorçularının fəallaşdığı İraqın Sincar bölgəsinin də terrorçulardan təmizlənməli olduğunu vurğulayıb: "Əgər İraq hökuməti bu yerləri terrorçulardan təmizləməyəcəksə, biz Sincarı PKK-dan təmizəlyərik".
Tarix
22 Mart 2018 [01:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ