Kosova parlamentində gözyaşardıcı qaz püskürdülüb

19:14 - 21 Mart 2018 - DÜNYA

Bu gün Kosova parlamentində Çernoqoriya ilə dövlət sərhədi ilə bağlı sazişin təsdiq edilməsi məsələsi müzakirə olunarkən radikal müxalif deputatlar gözyaşardıcı qaz püskürdüblər.   Ucnoqta.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Kosova Televiziyası məlumat yayıb.   Müxalif deputatların məqsədi 2015-ci ildə imzalanmış sazişin təsdiqlənməsinə mane olmaq olub. Nəticədə deputatlar iclas zalını tərk edib, gözyaşardıcı qazın təsirinin azalmasını gözləməli olublar.   Qeyd edək ki, Kosova parlamentində Çernoqoriya ilə dövlət sərhədi ilə bağlı sazişin təsdiq edilməsi üçün 120 deputatdan 80-nin sazişin lehinə səs verməsi lazımdır. Fevral ayında yetərsay olmadığı üçün parlamentin iclası baş tutmayıb.   Avropa Komissiyasının sədri Jan-Klod Y Yunker fevralın sonunda Kosova parlamentini sazişi ratifikasiya verməyə çağırıb. Brüssel kosovalılar üçün viza rejiminin liberallaşdırılması üçün Çernoqoriya ilə dövlət sərhədi ilə bağlı sazişin ratifikasiyasını vacib sayır.

Xəbər xətti