Suvenir şamların içərisində külli miqdarda dərman preparatları aşkar olundu

18:06 - 21 Mart 2018 - Xəbər

Tovuz Gömrük İdarəsinin "Sınıq-Körpü" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, Türkiyə Respublikasının vətəndaşı Yücel Güngördü Ali oğlunun idarə etdiyi "Mersedes Benz Travego" markalı, 37LJ257 nömrə nişanlı sərnişin avtobusunda içərisində suvenir şam şəklində predmetlər olan bir ədəd çantaya piyada idxal xəttində quraşdırılmış "HEİMAN X-ray" markalı rentgen qurğusunda baxış keçirilib. Ucnoqta.az DGK-ya istinadən xəbər verir ki, baxış zamanı predmetin içərisində dərman preparatları olduğu müəyyən edilib. Çantaya təkrar baxış zamanı suvenir şam şəklində olan əşyaların içərisində 2510 ədəd kapsul şəklində, üzərində "Lyrica 300 mg" yazısı olan psixotrop tərkibli dərman preparatları və 2 ədəd kiçik ölçülü şəffaf rəngdə sellofan bağlamada ümumi çəkisi 169 qram olan, kristal şəklində narkotik vasitə aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti