"Rəqibin Azərbaycan və ya Fransa olması önəmli deyil"

15:31 - 21 Mart 2018 - İDMAN

"Azərbaycan və Sloveniya yığmaları barədə hələlik heç nə bilmirəm. Bir gündür yığışmışıq. Rəqiblər haqda hələ ki danışmamışıq". Qol.az-ın məlumatına görə, bu sözləri Belarus millisinin futbolçusu İvan Mayevski "Pressbol"a müsahibəsində deyib. 29 yaşlı yarımmüdafiəçi bildirib ki, millidə bütün rəqiblərə qarşı oynamaq onun üçün maraqlıdır: "Mənim üçün rəqibin Sloveniya, Azərbaycan, Lüksemburq və ya Fransa olması vacib deyil. Yığmada oynayırsansa, istənilən matç maraqlıdır". Qeyd edək ki, Azərbaycan - Belarus görüşü martın 23-ü saat 20:00-da başlayacaq.

Xəbər xətti