“Kedicik”dən Adnan Oktar haqda - Şok açıqlamalar

13:48 - 21 Mart 2018 - Xəbər

“Harun Yəhya” kimi tanınan Adnan Oktarın ən məşhur “kedicik”lərindən olan Ceylan Özgür dini icmadan ayrıldıqdan sonra sərt açıqlamalar verib. Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ceylan instaqram hesabında illərdir ki, hər kəsə maraqlandıran bir çox gizli məqama aydınlıq gətirib.  Artıq susa bilmədiyini yazan keçmiş "kedicik" uzun müddət məhbus həyatı yaşadığını, şantaj və fiziki işgəncələrə məruz qaldığını bildirib: "Son günlər haqqımda səsləndirilən ittihamlara cavab vermək məcburiyyətində qaldım. 20 il ərzində bir dəfə də məhəlləyə düşməyən, aptekdən dərmanını özü almayan, həkimə belə tək gedə bilməyən insan azad ola bilər? Vəziyyət o həddə çatıb ki, mən illər əvvəl dəyişən türk lirəsini hələ indi tanıdım. Saçımızın rəngindən çəkimizə qədər, hətta nə yeməli olduğumuza da onlar qərar verirlər. Sanki, illər əvvəl ipotekaya götürülmüşdüm. İndi yaşamağın, azadlığın nə demək olduğunu hiss edirəm. Anamın dəfninə gedə bilməmişdim. Ancaq atam mənə qapısını açdı. Artıq həyata onun yanında davam edəcəm".  Özgür son olaraq valideynlərə səslənib: “Buradan ana və atalara səslənirəm. Övladlarınızı bağrınıza basın. Onları diqqətdən kənar qoymayın. Kənarda sizlərin xəyal belə edə bilməyəcəyi maddi, mənəvi və fiziki işgəncələrin baş verdiyi dəhşətli qurumlar var. Övladlarınız asanlıqla bu tələlərə düşə bilərlər. Ancaq təhdid və şantajlarla düşdükləri ortamdan çıxmaqları çox çətindir”.  *** Dini icmadan Ceylan Özgürün ittihamlarına münasibət bildirilib.  Qeyd olunur ki, o, "Oktarçılar"ın arasına göndərilən agent olub və pulsuz qaldığı üçün belə böhtanlara əl atıb.

Xəbər xətti