Biləsuvarda baş vermiş yol qəzasında ölən və yaralananların adları məlum olub 

12:49 - 21 Mart 2018 - Xəbər

Ötən axşam Biləsuvarda baş vermiş ağır yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "VAZ 2106" və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində rayonun Bəydilli kənd sakini 1972-ci il təvəllüdlü Dadaşov Zahid Balaqardaş oğlu ölüb. Sürücülərdən biri rayon sakini 1998-ci il təvəllüdlü Ağazadə Tağı Musa oğlu və sərnişin Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Novruzov Nurlan Elxan oğlu müxtəlif bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hadisəyə ilkin səbəb olaraq, yüksək sürət göstərilir. Faktla bağlı araşdırmalara başlanılıb. ***23:22 Biləsuvarda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən biri xəstəxanada keçinib. "Report"un Aran bürosu xəbər verir ki, hadisə nəticəsində xəsarət almış digər iki şəxsin müalicəsi davam edir. İlkin məlumata görə, ölən şəxs və yaralılar Biləsuvar rayon sakinləridir.

Xəbər xətti