Sabunçuda iki bitişik ev yanıb

10:41 - 21 Mart 2018 - HADİSƏ

Bakıda evdə yanğın olub. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 85 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m2, dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 97 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb.     Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti