Rusiyada kütləvi zəhərlənmə - 9-u uşaqdır

10:56 - 21 Mart 2018 - DÜNYA

Rusiyanın Tambov şəhərində bədbəxt hadisə baş verib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.  Xəbərə görə, şəhər ərazisində 29 nəfər qazdan zəhərlənib.  Onlardan 9-nun uşaq olduğu qeyd olunur. Agentliyə verilən məlumata görə, 17 nəfər xəstəxanaya yerləşdirilib.  Onlardan 3-ü azyaşlıdır. Yerli əhalinin sözlərinə görə, onlar qaz sızmasından zəhərlənib. 

Xəbər xətti