Rusiyalı diplomatlar Britaniyanı tərk etdi

10:23 - 21 Mart 2018 - DÜNYA

Rəsmi Londonun irəli sürdüyü tələblərə uyğun olaraq, 23 rusiyalı diplomat Böyük Britaniyanı tərk edib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, diplomatlar ailələri ilə birlikdə Stensted hava limanından artıq Moskvaya yola düşüb. Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib. Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb.

Xəbər xətti