Neft bahalaşıb

10:04 - 21 Mart 2018 - İQTİSADİYYAT

Amerika Neft İnstitutunun keçən həftənin yekunlarına əsasən ABŞ-ın neft ehtiyatlarının gözlənilmədən azaldığını açıqlaması fonunda bu gün səhər neftin qiyməti artmağa başlayıb.   APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Brent markalı neftin qiyməti 0,24% artaraq bir barel üçün 67,58 dollara, WTI markalı neftin qiyməti isə 0,25% artaraq bir barel üçün 63,7 dollara çatıb.

Xəbər xətti