Ana səhifə
10 Dekabr 2018

Şamaxıda nişanlı oğlan özünü asıb

Müzadil Alıyevin nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün özünə qəsd etdiyi bildirilir Şamaxı rayonunda gənc oğlan intihar edib.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12.00 radələrində rayonun Ovculu kəndində baş verib.   Kənd sakini 1995-ci il təvəllüdlü Alıyev Müzadil Şahsəddin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.   M. Alıyev bir neçə aydır ki, nişanlıdır və bu yaxınlarda toyu olacaqmış. M. Alıyevin maddi vəsait problemi səbəbindən Novruz bayramı ilə əlaqədar nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün özünə qəsd etdiyi bildirilir.     Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Tarix
20 Mart 2018 [12:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin