“Azərişıq” ASC işə qəbulunu elan edir

00:49 - 20 Mart 2018 - Xəbər

“Azərişıq” ASC Sabirabad Elektrik Şəbəkəsində enerji satışı mütəxəssisləri üzrə nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir. Ucnoqta.az ASC-yə istinadən xəbər verir ki, nəzarətçi-mühəndislər elektroenergetika və digət texniki ixtisaslar üzrə ali təhsilli olmalıdır. İşə qəbul Səhmdar Cəmiyyətin “İşə Qəbul Komissiya”sı tərəfindən test və müsahibə yolu ilə həyata keçiriləcək. Sənədlər 2018-ci il mart ayının 27-28 tarixlərində Sabirabad şəhəri, Muğan prospektində yerləşən Şabirabad Elektrik Şəbəkəsinin inzibati binası və “Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin Kadrlar İdarəsində qəbul olunacaq. Tələb olunan sənədlər: Fotoşəkilli anket forması (CV); Şəxsiyyəti təsdiq edən sənədin surəti; Təhsil haqqında sənədin surəti. Əlaqə telefonları: (+99412) 440 39 93 (daxili – 22-32; 26 - 04) ; (+994 2123) 5-52-06 E-mail: [email protected]

Xəbər xətti