Azərbaycanda Rusiyada prezident seçkilərində iştirak edən seçicilərin sayı açıqlanıb

15:13 - 19 Mart 2018 - Xəbər

Səfirlik: Rusiya prezidenti seçkilərində Azərbaycanda seçici fəallığı yüksək olub

Rusiya prezidenti seçkilərində Azərbaycanda açılmış seçki məntəqəsində 1500-dən artıq seçici səs verib. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Rusiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Qeyd olunub ki, səsvermədə Azərbaycanda yaşayan və ya müvəqqəti olan RF vətəndaşları iştirak ediblər.

Səfirlikdən seçici fəallığının yüksək olduğu vurğulanıb: seçkidə 1517 nəfər səs verib. Halbuki RF Dövlət Dumasına 2016-cı il sentyabrın 18-də keçirilmiş seçkilərdə Azərbaycandakı seçki məntəqəsində 483 seçici səs vermişdi.

Məlumata görə, seçicilərin 83 faizdən çoxu V.Putinə səs verib.

Məntəqədəki səsvermədə Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşyov və Azərbaycanda olan Rusiya akademik avarçəkmə yığmasının üzvləri də iştirak ediblər.

Xatırladaq ki, Rusiya prezidenti seçkilərində Vladimir Putin səslərin 76,66 faizini toplayaraq qələbə qazanıb.

Xəbər xətti