“Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək

21:35 - 19 Mart 2018 - Xəbər

 “Azərsu” ASC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Ucnoqta.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək.  Bundan başqa, qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə zəruri tədbirlər görüləcək.
İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Xəbər xətti