Səhiyyə nazirinin müavini intihar edib- Tatarıstanda

13:42 - 19 Mart 2018 - DÜNYA

 Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şişmaryova intihar edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional bölməsi məlumat yayıb.

Nazir müavininin meyiti Stolbişe qəsəbəsində evində aşkar edilib. 

Onun ölümü kriminal xarakterli deyil. Müşahidə kamerası vasitəsilə hadisə yerində əlavə iz aşkar olunmayıb. Ekspertiza zamanı onun orqanizmindən fenobarbital maddəsinin izi aşkarlanıb. Başqa adı “lüminal” olan bu preparatdan epilepsiyaya qarşı istifadə edilir.

Bu səbəbdən də hadisə ilə bağlı cinayət işi açılmayıb. 

Xəbər xətti