Ana səhifə
20 Sentyabr 2018

“Məcburi köçkün gənclərin ictimai davranış qaydalarının formalaşdırılması” - FOTOLAR

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Məcburi köçkün gənclərin ictimai davranış qaydalarının formalaşdırılması” layihəsinə yekun vurdu. Layihə çərçivəsində Bakı, Xırdalan və Sumqayıt şəhərlərində fəaliyyət göstərən işğal olunmuş rayonların 10 (on) tam orta ümumtəhsil məktəblərini və həmin ərazidə məskunlaşmış  məcburi köçkün gəncləri də əhatə edən marifləndirici seminarlar keçirildi.

Seminarlarda 900 nəfərdən artıq yeniyetmə və gəncin birbaşa, 2000 nəfərdən artıq yeniyetmə və gəncin isə dolayısı ilə layihənin işinə cəlb olunmaqla bəhrələnməsi təmin edilmişdir.

Seminarlarda ekspertlər tərəfindən ictimai davranış qaydaları mövzusunda məruzələr dinlənildi.

Seminarlar zamanı “davranışın daxili hisslərin xaricdəki təzahürü olduğu”nu əsas gətirən ekspertlər uşaq yaşlarından ailədə və məktəbdə verilən düzgün tərbiyənin böyüməkdə olan gənc nəslin ictimai davranışlarında xüsusi rola malik olduğunu bildirdilər.

Ekspertlər ictimai davranışın birbaşa insanın sosial varlıq kimi digərlərinə ünsiyyət, münasibət əsasında yarandığını, şüurlu və ya şüursuz şəkildə digərlərinə təsir etdiyini göstərən əsas amillərdən olduğunu qeyd etdilər.

“Fərd kimi azadlığımız ictimai çərçivəyə mütləq sığmalıdır, çünki fərdin azadlığı digərinin azadlıq və rahatlığını pozmamalıdır”- fikrini əsas gətirən ekspertlər müasir cəmiyyətimizdə baş verən texnoloji yeniliklər, müasir İKT imkanları və s. ictimai davranışa təsiri mövzusunda düşüncələrini bölüşdülər.

Milli adət-ənənələrin böyüməkdə olan gənc nəslin ictimai davranışında xüsusi rola malik olduğu əsas amillərdən biri kimi qeyd edildi.

Keçirilən seminarlarda layihə iştirakçılarına papkalar, blaknotlar, marifləndirici materiallar, bukletlər və s. paylanıldı. 

 

Emin

Tarix
9 Oktyabr 2014 [21:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin