Abşeronda marşrut avtobusu qadını vurub

13:03 - 19 Mart 2018 - HADİSƏ

Piyada aldığı xəsarətdən hadisə yerində keçinib

Abşeronda sərnişin avtobusu qəza törədib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nübar qəsəbəsində qeydə alınıb.
Aslan Mehralıyev idarə etdiyi 114 saylı xətt avtobusu ilə yolu keçən piyada, 1958-ci il təvəllüdlü Bibixanım Kərimovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Xəbər xətti