Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edir

20:17 - 19 Mart 2018 - Xəbər

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların üzvləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda məqalə müsabiqəsi elan edir. Bu barədə Ucnoqta.az  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.

 
1.Müsabiqənin şərtləri
- Məqalə mövzuya uyğun olmalıdır;
- Müsabiqə elan olunduqdan sonra məqalələr qəzet, informasiya agentlikləri və ya xəbər saytlarında dərc edilməlidir;
- Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);
- Yazılar qəzetdə dərc olunarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim edilməlidir;
- Elektron media resursunda yayımlanarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) çap olunmalı və link əlavə edilərək Dövlət Komitəsinə təqdim olunmalıdır.
 
2.    Mükafat
I yer – 500 AZN
II yer – 400 AZN
III yer – 300 AZN
Hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat
 
3. Müsabiqənin müddəti: Məqalələr 27 mart – 17 aprel 2018-ci il tarixlərində təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, Əhməd Cavad küç., 12
Əlaqə telefonları: (012) 492 65 23 / (012) 497 09 88
E-mail: [email protected] 

Xəbər xətti