Azərbaycandan Gürcüstana sement ixracı 3 dəfə artıb

20:00 - 19 Mart 2018 - Xəbər

Cari ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 1 mln. 998,7 min dollar dəyərində 38 929,8 ton sement idxal edib.

Ucnoqta.az-ın məlumatına görə, APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, qonşu ölkənin Azərbaycandan sement idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artıb.

Azərbaycandan Gürcüstana ixrac olunmuş sementin dəyəri ötən ilin analoji göstəricisindən 1 mln. 408,4 min dollar və ya 2,38% çoxdur.

Xəbər xətti