Bakıda binanın zirzəmisindən silah-sursat tapılıb

12:35 - 19 Mart 2018 - Xəbər

Üzərində ərəb və fars dillərində yazı olan silah tapılıb

Bakıda binanın zirzəmisindən silah-sursat tapılıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Yaşayış binasının zirzəmisində üzərində ərəb və fars dillərində yazı olan 1 ədəd avtomat, 254 ədəd patron və 3 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

Xəbər xətti