Ötən iki gündə 11 yol qəzası baş verib

12:24 - 19 Mart 2018 - Xəbər

Nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gündə 218 cinayət faktı qeydə alınıb, onların 48-i “isti izlər”lə açılıb. Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Xəbər xətti