Sankt-Peterburqda Azərbaycan əsilli şəxslərin iştirakı ilə kütləvi dava baş verib

11:21 - 19 Mart 2018 - Xəbər

Sankt-Peterburqda Azərbaycan əsilli şəxslərin iştirakı ilə kütləvi dava baş verib.

Bu barədə "Report" Rusiya KİV-nə istinadən xəbər verir.

"Milana" kafesində baş verən dava travmatik silahdan atışma ilə müşayiət olunub.

Hadisə yerinə Vıborq rayonunun mühafizə dəstəsi çağrılıb, dava iştirakçıları hadisə yerindən qaçıblar.

Mühafizə dəstəsi tərəfindən 32 yaşlı soyadı Əhmədov olan şəxs saxlanılaraq Vıborq rayonunun 59-ci polis bölməsinə aparılıb. O, xırda xuliqanlıqda ittiham olunur.

Xəbər xətti