Bakıda binada yanğın: 1 nəfər xəsarət alıb

10:58 - 19 Mart 2018 - HADİSƏ

Martın 19-da Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət tullantıları yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Binanın zirzəmisində olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti