Azərbaycan millisinin oyunçusu klubundan qovuldu

10:28 - 19 Mart 2018 - İDMAN

Azərbaycan milli komandasının üzvü Renat Dadaşov Almaniyanın “Ayntraxt” klubundan qovulub. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb onun intizamsızlığı olub.  Əvvəllər də bir neçə dəfə qeyri-etik hərəkətinə görə xəbərdarlıq alan futbolçu etdiyi hərəkətlərə görə bağışlansa da, bu dəfə ona güzəşt olmayıb. Frankfurt klubunun gənc futbolçular üzrə şöbə rəhbəri Armin Kraaz da məlumatı təsdiq edib. O bildirib ki, Dadaşov komanda yoldaşına qarşı etdiyi hərəkətə görə heyətdən kənarlaşdırılıb: “Onu nizam-intizama əməl etmədiyi üçün heyətdən qovduq. Reant komandanın məşqlərinə buraxılmayacaq. Ona bir neçə dəfə şans vermişdik. Amma bundan sonra şans verməyəcəyik”. Əsas komandanın baş məşqçisi Niko Kovaç da qərara etiraz etməyib: “Bundan xəbərdaram və qərara heç bir etirazım yoxdur”. Dadaşov son məşqdə soyunub-geyinmə otağında komanda yoldaşına ciddi xəsarət yetirib.  Bundan əlavə o, bir neçə həftə əvvəl komandanın məşqçisi Uve Bindelvaldı təhqir etmişdi. 

Xəbər xətti