Prezident və xanımı Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

10:11 - 19 Mart 2018 - Xəbər

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.  

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.   Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.   Bahar qız dövlət başçısına səməni təqdim edib.   İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıb.   Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.  
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.  
Dövlət başçısı bayram şənliyində nitq söyləyib.  
Ümumxalq şənliyi Dənizkənarı Milli Parkda davam edir.

Xəbər xətti