Paytaxtda avtomobil yanıb

10:07 - 19 Mart 2018 - HADİSƏ

Bakıda minik avtomobili yanıb. Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonunda avtoyuma məntəqəsində "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan məntəqənin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Xəbər xətti