Bakıda marşrutların hərəkət cədvəli dəyişdirildi

10:04 - 19 Mart 2018 - Xəbər

Bayram tədbirləri ilə bağlı olaraq bir sıra mərkəzi küçələrdə avtomobil sıxlığı müşahidə olunduğundan aşağıdakı istiqamətlərdə hərəkət edən bəzi marşrut avtobuslarımızın intervalında müvəqqəti ləngimələr yaranıb. Bu barədə Trend-ə "BakuBus" MMC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bu məqsədlə - Tbilisi prospekti - Şəhər istiqamətində, Akademik Şəfayət Mehtiyev küçəsi, Qara Qarayev prospekti - Özbəkistan küçəsi ilə kəsişmədən Koroğlu metroostansiyası istiqamətində, 28 may küçəsi - Puşkin küçəsi ilə kəsişmədən R.Behbudov küçəsi, A.Cəlilov küçəsi - F.Bayramov küçəsi, Bülbül prospekti - Xəqani küçəsi, Nobel prospekti - Süleyman Əhmədov küçəsi, Zərifə Əliyeva prospektində, Yusif Səfərov küçəsi - Cavanşir körpüsü istiqamətində hərəkət edən nəqliyyat vasitələri M.Mehtizadə küçəsinə yönləndirilir. Qeyd olunan yollardakı avtomobil sıxlığı normallaşdıqdan sonra həmin istiqamətlərdə hərəkət edən avtobuslarımızın intervalı qrafikə uyğun olaraq təmin olunacaq.

Xəbər xətti