Putin səs verdi

11:39 - 18 Mart 2018 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin bu gün ölkədə keçirilən prezident seçkilərində səs verib. Ucnoqta.az Rusiya KİV-inə istinadən xəbər verir ki, o, Rusiya Elmlər Akademiyasının binasında yerləşən 2151 saylı seçki məntəqəsinə gəlib. Dövlət başçısı səs verdikdən sonra jurnalistlərə bildirib ki, prezident səlahiyyətlərini idarə etmək üçün istənilən səs faizini özü üçün uğurlu sayır. Qeyd edək ki, bu gün Rusiya Federasiyasında prezident seçkiləri keçirilir.

Xəbər xətti