Ana səhifə
25 Sentyabr 2018

Ötən il 573 şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib

"Təkcə 2017-ci il ərzində 31 min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb. Ötən il 573 şəxs vətəndaşlığa qəbul, 10 nəfər isə vətəndaşlığa bərpa edilib". Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib. Xidmət rəisi bildirib ki, Azərbaycanda vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir: "Azərbaycan Respublikasının vətəndaşlıq sahəsində qanunvericiliyinə bu günlərdə daha bir dəyişiklik edilib. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 1 fevral tarixli qanuna “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir” məzmununda hissə əlavə edilib. Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyətindən irəli gələrək qanunvericiliyə edilmiş bu dəyişiklik çox mütərəqqi bir addımdır və bu kateqoriyadan olan şəxslərin sənədlərlə təmin olunması, Azərbaycanda rahat yaşaması üçün hüquqi bir mexanizm yaradır". F.Nəbiyevin sözlərinə görə, "bu müddətin 2006-cı il yanvarın 1-dək qoyulmasının səbəbi ona görədir ki, 2005-ci ilin sonunadək köhnə SSRİ pasportları Azərbaycanda sərhədkeçmə sənədi kimi istifadə edilib. Ondan sonrakı dövrdə isə hər hansı bir şəxsin Azərbaycana gəlməsi artıq vətəndaşı olduğu ölkələrin milli pasportları ilə həyata keçirilir". "Onu da bir daha qeyd edim ki, bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Məlum olduğu kimi Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib və həmin dövrdən etibarən Xidmət tərəfindən Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlanılıb. Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq halları ilə mübarizə sahəsində əsaslı işlər görməkdədir. Vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində və belə şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində ciddi nəticələr əldə edilməkdədir. Təkcə 2017-ci il ərzində 31 min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb. Ötən il 573 şəxs vətəndaşlığa qəbul, 10 nəfər isə vətəndaşlığa bərpa edilib", - deyə F.Nəbiyev əlavə edib.
Tarix
18 Mart 2018 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin