Xırdalanda bir otaqlı mənzil yanıb

11:00 - 18 Mart 2018 - HADİSƏ

Xırdalanda yanğın qeydə alınıb. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 40 m2 olan 1 otaqlı mənzilin eyvanında 1 ədəd qaz sayğacı və binanın penoplastdan ibarət üzlüyü 5 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüb.

Xəbər xətti