Rusiyada prezident seçkilərinə start verilib

09:46 - 18 Mart 2018 - DÜNYA

Rusiyada prezident seçkilərində səsvermə başlayıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ilk seçki məntəqələri Çukotsk muxtar dairəsində və Kamçatka diyarında açılıb. Səsvermə yerli vaxtla saat 08:00-dan 20:00-dək davam edəcək. Ümumilikdə 97 mindən artıq seçki məntəqəsi açılıb, onlardan 400-dən artıqı xaricdədir. Səsverməni 109 ölkədən 1500-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək. Rusiya prezident seçkilərində 8 namizəd iştirak edir.

Xəbər xətti