Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsi başlayır

10:17 - 18 Mart 2018 - Xəbər

Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərində seçicilərə müvafiq məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi başlayır. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi martın 18-dən başlayır və aprelin 8-dək davam edəcək. Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.

Xəbər xətti