Mingəçevirdə mənzildən 30 min manatlıq qızıl oğurlandı

01:24 - 18 Mart 2018 - HADİSƏ

Mingəçevirdə oğurluq hadisəsi olub. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərinin A.Məmmədov küçəsindəki 7 saylı binanın 4 saylı mənzilində qeydə alınıb. Ev sahibi Sevda Abdullayeva ona məxsus mənzildən naməlum şəxs tərəfindən 30 min manatlıq qızıl-zinət əşyalarının oğurlanması barədə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edib. Sevda Abdullayevanın bildirdiyinə görə hadisə axşam saatlarında baş verib. Oğrular evə pəncərədən daxil olublar. Hadisə yerinə polis əməkdaşları gəlib.   Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti