Ana səhifə
27 Aprel 2018

Prezidentliyə namizədlərə həftədə 6 saat pulsuz efir vaxtı ayrılacaq

Azərbaycanda prezidentliyə namizədlərə həftədə 6 saat pulsuz efir vaxtı ayrılacaq. Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2018-ci ilin aprelin 11-nə təyin edilmiş Azərbaycan Prezidenti seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyənləşdirilməsi məsələsinə baxılıb. MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həftədə ümumilikdə 6 saat efir vaxtı ayrılacaq. İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb. Qərar verilib ki, püşkatma mərasimi MSK-nın 19 mart 2018-ci il tarixli iclasında keçirilsin.
Tarix
17 Mart 2018 [17:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ