Sabirabadda qəbiristanlıqdan oğurluq edən 3 nəfər saxlanılıb

16:05 - 17 Mart 2018 - HADİSƏ

Sabirabad Rayon Polis Şöbəsinə rayonun Kürkəndi kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərin kənarına quraşdırılan alüminiumdan olan çəpərlərin bəzək əşyalarının oğurlanması barədə müraciət daxil olub.   DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.   Araşdırmalarla onların Sabirabad şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Mircabbar Miriyev, Yusif Əzizov və Əli Şirinov olduqları müəyyən edilib.    Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Xəbər xətti