Ana səhifə
24 Aprel 2018

Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunacaq

"Ölkədə qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir. Bu iş yaxın vaxtlarda yekunlaşdırılacaq və layihə ölkə rəhbərliyinə təqdim ediləcək". “Report” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə deyib. O qeyd edib ki, qanunsuz ət kəsimi məsələsi ilə əlaqədar monitorinq keçirilib: "Monitorinq zamanı Azərbaycanda, təxminən, 111 Baytarlıq Sanitar-Ekspertiza laboratoriyalarının olduğunu öyrəndik və onların şəraitini araşdırdıq. Hesab edirik ki, bu məsələnin qarşısı sırf inzibati qaydada alınmalıdır. Çünki əks halda görülən tədbirlər müvəqqəti xarakter daşıyacaq. Ona görə təklif etdik ki, hər bir rayonda və Bakı şəhərində ət kəsimi məntəqələri yaradılsın". Agentliyin sədri bildirib ki, artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib: "Bakı kəndləri və paytaxtətrafı regionlar üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri yaradılacaq. Hazırda kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr ola bilsin modul tipli və ya mobil formada olsun. Artıq onların standartları müəyyənləşdirilib və eskizlər çəkilib. Qurban bayramında Azərbaycanda kütləvi şəkildə heyvan kəsimi həyata keçirilir. Ona görə də ölkədə həmin ərəfədə nə qədər kəsim məntəqələrində ehtiyac olduğu və onların müvafiq laboratoriyalarla təmin edilməsi məsələsi araşdırılır. Bundan başqa, Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunacaq. Paytaxtın ətrafındakı qəsəbələrdə isə ancaq iribuynuzlu heyvanları müvafiq təsərrüfatlarda saxlamaq üçün icazə veriləcək. Gələcəkdə Qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi olmayacaq".  
Tarix
17 Mart 2018 [13:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ