Ağsuda 82 yaşlı qadın özünü asıb

13:18 - 17 Mart 2018 - HADİSƏ

Ağsu rayonunda ahıl qadın intihar edib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nüydü kəndində qeydə alınıb. Kənd sakini, 1936-ci il təvəllüdlü Bayramova Mənsurə yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.   Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.   

Xəbər xətti