Ana səhifə
22 Aprel 2018

Azərbaycan Beynəlxalq Bankı tender keçirir

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC mühafizə-yanğın sistemi (lot-1) və videonəzarət sistemi (lot-2) avadanlıqlarının satın alınması və baş ofisinin, Bakı şəhərində yerləşən filial və şöbələrinin inzibati binalarında quraşdırılması məqsədi ilə açıq tender elan edib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 100 manatdır. İddiaçılar ilkin sənədləri aprelin 6-na qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə aprelin 17-nə qədər ABB-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur (tel.: (012) 493 00 91, daxili 2700, 2703, e-poçt: [email protected]). Təkliflərə aprelin 16-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 
Tarix
17 Mart 2018 [10:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ