Ana səhifə
22 Sentyabr 2018

“Hicran Selcan Azərbaycanın Yıldız Usmanovasıdır”

Türkiyədə olduğu qədər Azərbaycanda da tanınan məşhur şairə Aişə Birgül Yılmaz şəxsi facebook səhifəsində gənc müğənnimiz Hicran Selcan haqqında maraqlı fikir yazıb.

 

 

Türk şairə müğənnimizi qardaş Türkiyə və Özbəkistanın tanınmış müğənnisi Yıldız Usmanova ilə müqayisə edib: “Hicran Selcan Azərbaycanın Yıldız Usmanovasıdır. Azərbaycan sənətçilərındən əvvəl adını eşitmişdim. Söz ve musiqisi mənim dəyərli dostum olan Azər Nəsibova aid olan “Sənə gəldim”  mahnısını yüzlərcə dinlədim. Səsi məni çox təsirləndirdi. Hicran Selcanın Türkiyədə bizim sənətçilərlə duet oxuyacağını düşünürəm. Yolu açıq olsun. Sənətində uğurlar arzu edirəm”.

Qeyd edək ki, Hicran Selcan ötən gün dinləyicilərə “Sənə gəldim” adlı yeni lirik mahnısını təqdim edib. Sözügedən mahnının sözləri və musiqisi Azər Nəsibovundur. Müğənni yeni mahnısına klip çəkdirəcək. Klipi yenə də rejissor Rəhman Əliyev çəkəcək.

 

 

Tarix
2 Dekabr 2014 [18:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin