Ana səhifə
21 Noyabr 2018

“Lavaşın hər hansı millətə aid olmasından söhbət gedə bilməz”

Əbülfəs Qarayev: “YUNESCO-nun verdiyi qərara əsasən lavaş bütün regionda hazırlanır və ermənilərin eksklüziv çörəyi deyil”

 

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev YUNESKO-nun IX sessiyasının Azərbaycan üçün nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Konfransda çıxış edən Ə.Qarayev lavaşın erməni çörəyi kimi qələmə verilməsindən danışıb: “Bu gün reallıq odur ki, lavaş Ermənistanda bişirilir. Amma lavaş həm də Azərbaycanda və Türkiyədə bişirilir. Onun hər hansı millətə məxsus olması barədə söhbət gedə bilməz. YUNESCO-ya Ermənistan tərəfindən təqdim edilən müraciətdə lavaş erməni çörəyi kimi qələmə verilib. Lakin bu məsələ ilə bağlı həqiqət öz yerini tapdı. YUNESCO-nun verdiyi qərara əsasən lavaş bütün regionda hazırlanır və ermənilərin eksklüziv çörəyi deyil”.

Azərbaycan kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən danışan nazir bildirdi ki, bu mədəniyyətimiz üçün böyük uğurdur: “Kəlağayının YUNESKO-nun irs siyahısına salınması da çox böyük hadisədir. Amma mətbuatda bu o qədər də geniş işıqlandırılmadı. Mədəniyyətimizə başucalığı gətirən mövzuları davamlı olaraq təbliğ etmək lazımdır. Ölkəmiz neçə ildir fasiləsiz olaraq mədəni irsini bəşəriyyətin siyahısına daxil edə bilib. Bunun da başlıca səbəbi xalqın yaradıcılığı, dövlətin düzgün siyasəti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın YUNESKO ilə çox sıx əməkdaşlığı dayanır. Bu qələbəni mətbuat vasitəsi ilə bütün dünyaya geniş formada təqdim etməliyik. Xalqımız da bilməlidir ki, biz bu qələbəni heç də asan formada qazanmamışıq. Bir sözlə biz öz qələbələrimizə sevinməyi bacarmalıyıq”.

Nazir sonda onu da qeyd etdi ki, gələn həftə kəlağayı ilə bağlı təmtəraqlı təqdimat keçiriləcək. Tədbirdə kəlağayı ustaları, bu işin üzərində çalışanlar, YUNESKO-da kəlağayının qəbul edilməsində rolu olan ən sıravi adamlara qədər hamı iştirak edəcək.

 

 

Aygün

Tarix
2 Dekabr 2014 [18:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin