Ana səhifə
20 Oktyabr 2018

Bakı Forumunda Türkiyəli deputat çıxışı zamanı infarkt keçirdi

Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində vəziyyəti pisləşən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. 

Ucnoqta.az-ın APA-ya istinadən xəbərinə görə, Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov açıqlamasında deyib ki, E. İhsanoğlu bu gün infarkt keçirib: "İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün isə infarkt keçirib. Anında müdaxilə  etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir".

Qeyd edək ki, E. İhsanoğlu bu gün paneldə çıxış zamanı özünü pis hiss etdiyini deyib, çıxışını yarımçıq dayandırmalı olub.

Tarix
16 Mart 2018 [15:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin