Ana səhifə
22 Aprel 2018

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 13,3% artıb

2018-ci ilin yanvar-fevral aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 13,3% artaraq 636,6 mln. manata yüksəlib. Ucnoqta.az xəbər verir ki, bu barədə "APA-Economics'ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,33% artaraq 305,1 mln. manata çatıb: “Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 66,31 faizini və ya 202,3 milyon manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,4 faiz çoxdur. Mart ayının birinci yarısında Fondun orqanları tərəfindən toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği ötən ilin mart ayının müvafiq dövrünə nisbətən 23,84 faiz çoxalaraq 109 milyon manat olub. Qeyd olunan artım dinamikası 2018-ci ilin sonrakı aylarında da əmək pensiyalarının maliyyələşdirilməsini vaxtında həyata keçirməyə imkan yaradacaq”.

E.Babayev bildirib ki, 2018-ci ilin 1 mart tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 mln. 318 min 434 nəfərdir. Pensiyalar 2017-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq cari ilin əvvəlindən indeksləşdirilərək 5,7% artırılıb və əmək pensiyalarının orta aylıq məbləği 208,36 manatdan 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata çatıb.

Tarix
17 Mart 2018 [00:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ