Ana səhifə
19 İyul 2018

AŞPA həmməruzəçiləri apreldə Azərbaycana səfər edəcəklər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri bu ilin aprelində Azərbaycana səfər edəcəklər. 

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"un Fransa bürosuna AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda məlumat verib.

Onun sözlərinə görə, hər iki həmməruzəçi aprelin 10-da AŞPA müşahidə missiyasının tərkibində Azərbaycanda keçiriləcək Prezident seçkilərinin muşahidə etmək üçün Bakıya gələcəklər.

S.F.Preda qeyd edib ki, AŞPA-nın həmməruzəçiləri olaraq mayda növbəti dəfə Azərbaycana səfər etməyi planlaşdırırlar.

Xatırladaq ki, martın 15-də Parisdə AŞPA Bürosu Azərbaycanda keçiriləcək Prezident seçkilərini muşahidə etmək üçün missiyanın tərkibini təsdiqləyib. 33 nəfərlik missiyaya rumıniyalı parlamentar Viorel Riçard Badea rəhbərlik edəcək. 

Tarix
16 Mart 2018 [23:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin