Ana səhifə
27 Aprel 2018

CinemaPlus "da "Tomb Raider: Lara Kroft" filminin premyera öncəsi nümayişi olub

 Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında macəra, savaş janrında olan "Tomb Raider:Lara Kroft" filminin premyera öncəsi nümayişi keçirilib.

Kinoteatrda musiqi müşayiəti altında rahat əyləncəli şərait yaradılmışdır. Həmçinin furşet masası, alkoqollu və alkoqolsuz içkilər, müsabiqələr və mükafatların oynanılması təşkil olunmuşdur.

Ekran işində baş rolları Alicia Vikander, Walton Goggins, Hannah John-Kamen ifa ediblər. Filmin rejissoru Roar Uthaugdur.

Qısaca film haqqında: Lara Kroft ilk növbədə rüsvay edilmiş adını təmizləməkdən ötrü atasının başladığı arxeoloji tədqiqatı sona çatdırmaq və antik sirrləri açmaq üçün öz ilk ekspedisiyasına yollanır. O, indi kultdan qarışmış adada sağ qalmaq üçün bütün bacarığından, gücündən və silahından istifadə edərək mübarizə aparmalıdır.

Film martın 15-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Tədbirin təşkilində dəstək olmuşdurlar: "Papa Johns Pizza Azerbaijan”, "Merit Brand" şərab şitkəti, "Red Bull", TNT kuryer şirkəti, İdeal Parfum və kosmetika, "Kenzo" və "tap.az".

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Tarix
16 Mart 2018 [13:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ