Ana səhifə
19 Sentyabr 2018

"Şeyx başda olmaqla hər kəsi mübarizə aparmağa çağırıram"

Zahid Oruc: Xaricdəki kəşfiyyat təşkilatları tərəfindən himayə edilən qüvvələr Azərbaycan əleyhinə kampaniya aparır

“Prezident seçkiləri ərəfəsində ölkədə sabitliyin ölçüsü hamını qane edir. Lakin sakitliklə bağlı məsələ məni narahat edir”. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, xaricdəki kəşfiyyat təşkilatları tərəfindən himayə edilən qüvvələr Azərbaycan əleyhinə kampaniya aparır:

“Mən dövlətimizin möhkəmliyinə xələl gətirmək istəyənlərə cavab vermək istəyirəm. Hesab edirəm ki, bu, tək dövlətə qarşı deyil, Azərbaycanın hər bir insanına qarşıdır. İlk növbədə, QMİ sədri Allahşükür Paşazadəyə müraciət edirəm. Şeyx hər zaman Azərbaycan dövlətçiliyinə xidmət edib. Ona görə Şeyx başda olmaqla hər kəsi, ziyalıları, mədəniyyət xadimlərini mübarizə aparmağa çağırıram. Biz ölkə əleyhinə kampaniya aparanlara qarşı etirazımızı bildirməliyik”.

Tarix
16 Mart 2018 [13:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin