Ana səhifə
24 Sentyabr 2018

"Sovetski"də sökülən evlərə görə verilən kompensasiya ilə bağlı təklif

“Qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş "Sovetski" ərazisində və ətrafda yerləşən binalarla bağlı manatın devalvasiyaya uğradığını nəzərə alaraq, gözləmək olardı ki, hökumət kompensasiyasını bir qədər artıracaq. Lakin hələ də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur - 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin”.

Ucnoqta.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı deputat Elmir Axundova çıxış edib. Deputat bildirib ki, hesabat obyektiv və prinsipial kriteriyalar üzrə hazırlanıb: "Yaxşı haldır ki, çətinliklərə rəğmən dövlət bir çox layihələrini, xüsusən sosial layihələri dayandırmayaraq, bir çox vacib işləri və islahatları həyata keçirdi. 

Hesabata nəzər saldıqda görürük ki, əvvəlki illə müqayisədə istehsal edilən Ümumi Daxili Məhsul (ÜDM) 0,1 faiz artaraq 60 milyard manatdan 70 milyard manata qədər çatmışdır. Burada əsas artım qeyri-neft sənayesi olan kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və digər bu kimi sahələrdə müşahidə olunur. 2016-cı illə müqayisədə 2017-ci ildə ölkənin qeyri-neft sektorundan əldə olunan ÜDM-un miqdarı 2,7 faiz artaraq 440 milyard manatı keçmişdir. Bu da son illərdə neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması və ölkəmizin ixrac imkanlarını genişləndirilməsi məqsədi ilə, qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək üçün qeyri-neft məhsulları ixracının stimullaşdırılması və təşviqi, iqtisadiyyatın şaxələndirilməsi və investisiya qoyuluşunun sürətləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırığın uğurla icra edildiyini göstərir".

Elmira Axundova bütün bunlara görə keçən dövrdə hökumətin fəaliyyətini əsasən qənaətbəxş hesab etdiyini deyib: "Amma hökumət nümayəndələrinin burada iştirak etməsindən istifadə edərək Sizinlə bir sıra mülahizələrimi bölüşmək, təkliflərimi vermək istəyərdim.
İlk əvvəl mən qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş Sovetski küçəsində və onun ətrafında yerləşən binalar haqqında bir neçə kəlmə demək istəyirəm. Son illərdə dolların məzənnəsinin qalxdığını və Azərbaycan manatı devalvasiyaya olunduğunu nəzərə alaraq gözləmək olardı ki, hökumətimiz sökülən evlərin kompensasiyasını bir qədər qaldıracaqdır. Lakin hal-hazırda eşitdiyimə görə yenə də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur. Yəni 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin. Artıq belə təcrübədən uğurla istifadə olunub. Özü də bildiyimə görə dövlət hesabına tikilən belə evlərin 1 kvadrat metri, təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar. O ki qaldı nisbətən iri həcmli evlərin sahiblərinə, yəni 60-80 kvadrat metrdən yuxarı, bunların kompensasiya həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Düşünürəm ki, bu sosial cəhətdən ədalətli olardı". 
Bir məsələ də Respublikanın müxtəlif regionlarında, xüsusi ilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə inşa edilən yaşayış məntəqələri ilə bağlıdır. Elə ərazilər var ki, insanlar artıq 20-30 ildir ki, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, qanunsuz da olsa, salınmış bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub, sakinlər rabitə xidmətlərindən, işıq, su, qaz və s. kommunal xidmətlərdən istifadə edirlər, bu xidmətlər üçün haqq ödəyirlər. Tikililərin bir çoxuna Bələdiyyə və İcra Hakimiyyətləri tərəfindən sənədlər verilmişdir. Lakin kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə “kənd təsərrüfatı təyinatlı” torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər. Hökumət nümayəndələrindən xahiş edirəm ki, bu məsələni nəhayət həll edilsin.
Digər bir məsələ isə yeraltı təbii sərvətlərimizin potensialını düzgün qiymətləndirməsi ilə bağlıdır. Onların hasilatı və istismarı ilə bağlı qərarlar qəbul edərkən tələskənliyə yol vermək olmaz, çünki dövlətimizin maksimum faydalanmasına nail olunmalıdır. 
  Məsələn: “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan dəmir filizi mədənləri ehtiyatlarının həcminə görə böyük potensiala malikdir. Son bir neçə ayda mətbuatda bu müəssisə təcili dəyər-dəyməzinə də olsa, özəlləşdiriləcəyi ilə bağlı materiallar gedib. Əvvəla, bu müəssisə ilə bağlı, bildiyimə görə dövlətimizin konkret planları var: zəngin ehtiyatlara malik dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zənciri quraraq, müəssisənin vahid, səmərəli  bir klaster formasında fəaliyyətini davam etdirməsi nəzərdə tutulub. Bu da, bölgədə ən azı 1000 yeni iş yerinin açılmasına şərait yaratmalıdır.
İkincisi, belə zəngin potensiala, xammal bazasına malik müəssisəni tələm-tələsik, neçəyə olursa olsun satmaq düzgün olmazdı. Düzgün olanı odur ki, belə strateji müəssisələrin satışından həm dövlət ciddi gəlir götürməli, həm də bu özəlləşdirmə müəssisənin, eləcə də sahənin inkişafına ciddi investisiyalarla müşayət olunmalıdır. Eyni yanaşma digər belə strateji obyektlərin özəlləşdirilməsi məsələsində də öz əksini tapmalıdır. 
Masallı rayonuna gəldikdə, xahiş edərdim ki, bir sıra qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və yenidən qurulması məsələsinə baxasınız. Axır illər bu proses bir qədər səngiyib, halbuki qəzalı vəziyyətdə, köhnəlmiş məktəblər bizdə hələ ki kifayət qədərdir. Bir də Bakı – Astara avtomobil yolunun tezliklə istifadəyə verilməsini arzulayardım, çünki Salyandan o yana yollar çox bərbad vəziyyətdədir. Ona görə bilmək istərdim ki, bu yol nəhayət hansı vaxtda istifadəyə veriləcək. Çünki bu problem cənubluların ən aktual problemlərindən biridir.
Ümumilikdə Nazirlər Kabinetinin işini müsbət qiymətləndirir, hökumət nümayəndələrinin gərgin işini dəyərləndirir, onlara daha böyük uğurlar və naliyyətlər arzulayıram və hesabatın lehinə səs verəcəyimi bildirirəm".
Tarix
16 Mart 2018 [13:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin