Ana səhifə
10 Dekabr 2018

Bakının mərkəzində çoxmərtəbli binaların tikintisinə qadağa qoyulması TƏKLİF edilir

Bakıda şəhər mərkəzində çoxmərtəbli binaların tikintisinə qadağa qoyulmalıdır.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, belə bir hal beynəlxalq praktikada da mövcuddur: “Çoxmərtəbəli binaların şəhərin mərkəzində tikintisi həm tıxacların yaranmasına gətirib çıxarır, həm də digər problemlərə yol açır. Odur ki, belə binaların tikintisinə qadağa qoyulsa, daha yaxşı olar”.

Deputat hesab edir ki, bunun əvəzində şəhərin kənarında yeni yaşayış massivləri salına bilər: “Bu, eyni zamanda tıxacların aradan qaldırlmasına kömək edər”.

Tarix
16 Mart 2018 [21:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin