Ana səhifə
22 Aprel 2018

Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında qatar yoluna yıxılan şəxsin kimliyi müəyyənləşib

Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında qatar yoluna yıxılan şəxsin kimliyi müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin "APA-Economics”ə verdiyi məlumata görə, bu, 85 yaşlı Məmmədova Sürəyya Söhbət qızıdır.
"İçərişəhər" stansiyasında qatar dayananda 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızı birinci vaqonun birinci qapısından düşüb. Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də təcili tibi yardım çağırılıb. Xətdə ümumilikdə 3 dəqiqə gecikmə yaranıb", - deyə N.Paşayev vurğulayıb.

***

13:09

Bu gün saat 12:55-də Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna yıxılıb.Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin "APA-Economics”ə verdiyi xəbərə görə, həmin vaxt stansiyada qatar olmayıb."Xəttə gərginliyin verilişi dayandırılıb. Hazırda sərnişini çıxartmağa çalışırıq. Hadisə ilə əlaqədar xətdə müəyyən gecikmə olacaq", - deyə N.Paşayev vurğulayıb.

Tarix
16 Mart 2018 [13:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ