Ana səhifə
20 Oktyabr 2018

Xaçmazın daha iki yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq 2018-ci il martın 16-da Novruz bayramı ərəfəsində Xaçmaz rayonunun Vələmir və Pərdiqıran kəndlərinə ilk dəfə təbii qazın verilməsi sakinlərinin böyük sevincinə səbəb olub.

“Azəriqaz” İstehsalat Birliyindən  verilən məlumata görə, kəndlərə təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 388 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 180 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay qəsəbələrində və Qaracik Zeyid, Çaxçaxlı, Seyidlikəndyeri, Aslanoba kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Tarix
16 Mart 2018 [20:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin