Ana səhifə
22 Aprel 2018

Artur Rasi-zadə: "Son 14 ildə Azərbaycanda 1,9 mln.-dan çox yeni iş yeri açılıb"

 Son 14 il ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb.

Bu müddətdə 1,900 mln. çox yeni iş yeri açılıb. Yoxsullluq səviyyəsi 44,7%-dən 5,4%-ə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 mlrd. dollar təşkil edib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Artur Rasi-zadə Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən məlumat verib.

O, həmçinin bildirib ki, Azərbaycanda neft-qaz sənayesinin aparıcı rolu davam etməklə ölkənin nüfüzunun artmasına öz töhvəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək.

"Əhalinin təbii qazla təmin edilməsi kimi sosial probelmin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşmasının səviyyəsinin 51%-dən 93%-ə yüksəldilməsini təmin edib. Elektrik enerjisi ilə təminatı iqtisadi siyasətin ən prioritet istiqamətlərdən biri olub", - deyə hökumət başçısı qeyd edib. 

Tarix
16 Mart 2018 [12:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ